Ermənilərin Bərdə rayonunu atəşə tutmaları nəticəsində 5 yaşayış evinə ciddi ziyan dəyib

Bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.