Ermənistan şirkətləri Avropa Birliyi tərəfindən “qara siyahı”ya daxil oldu

AB-nin ildə iki dəfə yenilədiyi Mülki Aviasiya Təhlükəsizliyi siyahısında bu dəfə erməni şirkətləri də yer alıb. Bu qərara əsasən, “qara siyahı”ya düşən erməni aviasiya şirkətlərinin beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadıqları üçün AB daxilindəki uçuşları təxirə salınıb.
AB bu qərarı Ermənistan Mülki Aviasiya Komitəsinin və altı məşhur hava yolu şirkətinin işlərini təhlil etdikdən sonra verib. Ermənistan “qara siyahı”da Əfqanıstan, Anqola, Konqo, Nepal və Sudan kimi ölkələrlə bir yerdə qərarlaşıb.
Mənbə: Oxu Az