Ermənistan əsir düşən zabiti barədə məlumat yaydı

Ermənistan Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində ordu bölmələrimiz tərəfindən əsir götürülmüş baş leytenant haqqında məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bildirib ki, zabit Qurgen Alaverdyan pis hava şəraitində azıb və itib: “Onun axtarışı aparılır”. Şuşan Stepanyan bu açıqlama ilə Azərbaycan tərəfinə qarşı diversiya əməliyyatının keçirildiyini təkzib etməyə çalışıb.
Mənbə: Modern az