ETSN yanında İctimai Şura üzvü suyun qiyməti ilə bağlı yayılan xəbərləri təkzib edib
Son günlər sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şura adından “suyun qiymətinin differensiallaşdırılması” ilə bağlı fikirlər səsləndirildiyi iddia olunub.
ETSN yanında İctimai Şuranın İdarə Heyətinin üzvü, “Qırmızı Ürəklər” Fondunun prezidenti Yusif Poladov yayılan xəbərlərə münasibət bildirib.
Onun sözlərinə görə, İctimai Şura bu mövzu ilə bağlı heç bir iclas keçirməyib və açıqlama yaymayıb:
“ETSN yanında İctimai Şuranın İdarə Heyətinin üzvü olaraq bildirirəm ki, bu mövzuda İctimai Şura tərəfindən heç bir görüş keçirilməyib və açıqlama verilməyib. İctimai Şuranın İdarə Heyəti 12 nəfər üzvdən ibarətdir və hər hansı bir şəxsin fərdi fikri Şura adından səsləndirilə bilməz. Yayılan məlumat həqiqətə uyğun deyil. İctimaiyyəti bu cür yalan xəbərlərə inanmamağa çağırıram”.
