Evini yandırıb sonra tərk etdi

Qaxın Uzuntala kəndində fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb.
İlkin verilən məlumata görə, ev sahibi Cuma Kərimov ailəsi ilə birgə yaşadığı evi yandıraraq həmin ərazidən uzaqlaşıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub.
Mediamax.az saytı xəbər verir ki, yanğın zamanı 60 kvadratmetrlik sahə, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmə ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hal-hazırda faktla bağlı araşdırmalar aparılır.
Mənbə: Oxu Az