“Fairmont Baku” otelinin qonaqları barədə DİN-dən məlumat

Bakıda fəaliyyət göstərən “Fairmont Baku” otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirilmişdi.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılıb. Onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar da izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.
Mənbə: APA