FHN tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən gənc xilas edildi

İyunun 4-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batmaq təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Mingəçevir sakini, 2003-cü il təvəllüdlü Rəşidli Rüstəm su anbarı hövzəsində çimərkən batmaq təhlükəsi ilə üzləşib.
FHN-in Aran Dalğıc Axtarış Qrupu son anda gənci xilas edərək sahilə çıxarıb.
Mənbə: Apa