Ç. İyn 25th, 2025

Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib, azərbaycanlılar dəstək aksiyası keçirirlər

Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər. “Soydaşlarımız Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etirazlarını bildirirlər. Fransada yaşayan ermənilər azərbaycanlılar aksiyanın baş tutmamasına çalışsalar da, ancaq onları təxribat cəhdinin qarşısı alınıb. Paris polisi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bayrağının dalğalandırılmasına imkan verməyib.Aksiyaya qatılmaq üçün Fransanın müxtəlif şəhərlərindən çoxlu sayda soydaşımız paytaxta axışıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ruhunu birdəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan dövlət himnini ifa ediblərDaha sonra Fransa ictimaiyyəti Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com