Fransa prezidenti Bağdada səfər edib

Fransa Prezidenti Emmanuel Makron İraqa səfər edib.
Bir gün davam edəcək səfər çərçivəsində Fransa lideri İraqın Baş naziri Mustafa əl-Kazımi və Prezident Bərham Salehlə görüşəcək.
Qeyd edək ki, bu, Makronun Fransa Prezidenti postunda İraqa ilk səfəridir.