Ç. İyn 25th, 2025

FTB tərəfindən yanlışlıqla bu məlumatın açıqlandığı bildirilib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 11 sentyabr 2001-ci il tarixdə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə təşkil olunan terror hücumunda terrorçulara kömək etməkdə şübhəli bilinən səudiyyəli hökumət rəsmisinin adını “yanlışlıqla” açıqlayıb.

Adı açıqlanan şəxs 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində çalışmış Mussaed Əhməd əl-Cərrahdır. Onun adı hadisə qurbanlarının ailələrinin açdığı cinayət işlərinin birində hallanıb və qurum silməyi unutduğu üçün ən böyük sirlərdən biri ifşa olub.

FTB-nin yüksək vəzifəli bir məmuru tərəfindən qələmə alınan və bu həftə ictimaiyyətə açıqlanan sənəddə əl-Cərrahın 11 Sentyabr hadisələrində Əl-Qaidə üzvü olan iki nəfərə yardım etdiyinə dair ciddi şübhələr olduğu qeyd olunub. Sənəddə həmçinin onun hazırda harda olduğuna dair məlumat olmadığı bildirilib.

11 Sentyabr Hücumu Qurbanları sözçüsü Brett İqlson isə bunun hadisəni araşdıran FTB agentlərinin terrorçularla Səudiyyə Ərəbistanı səfirliyi arasındakı əlaqələri ört-basdır etdiyinə dair ciddi bir dəlil olduğunu deyib. 

Xəbərin yayılmasından sonra FTB sözügedən sənədi qovluqdan çıxarıb və yanlışlıqla qoyulduğunu açıqlayıb.

Mənbə: Qaynarinfo
Redaktə etdi: Səriyyə Novruzova

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com