Ç. İyn 25th, 2025

Futbol çempionatına start verildi!

Xəbər verdiyimiz kimi bugün General-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş Lənkəran Futbol Liqasının ilk turu keçirilib.

A qrupunun ilk görüşündə “Şağlaser” və “Qalayçılar” komandaları üz-üzə gəlib.

Saat 21:00-da baş tutan görüş “Mediamax TV”nin YouTube kanalı vasitəsilə canlı yayımlanıb.

Gərgin mübarizə şəraitində keçən oyunda” Şağlaser” komandası 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, az sonra günün növbəti oyununda Parakəndin “Kadusi” komandası və Gərmətük komandası qarşılaşacaq.

Həmin oyunlarda YouTube kanalımız vasitəsilə canlı yayımlanacaq.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com