Başlıq UEFA Çempionlar Liqasının çempionu bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasına yekun vurulub.
Mediamax.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu turnirin qalibi adını qazanıb.
Finalda Bavariya komandası Komanın 59-cu dəqiqədə vurduğu baş zərbəsi ilə Fransanın “PSG” klubuna qalib gəliblər. Lissabonda keçirilən oyunda 1:0 qalib gələn almanlar, bu titula 6-cı dəfə yiyələnmiş olurlar.