Futbolçular arasında kütləvi koronavirusa yoluxma hadisəsi

Bolqarıstan futbol çempionatının matçı zamanı həkimlərin səhvi ucbatından futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.
Hadisə iyulun 2-də ev sahibi Tsarsko Selo və Çerno More (1: 4) oyununda baş verib.
Verilən məlumata görə, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o oyuna start heyətdə başlayıb.
Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb.
Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.
Qeyd edək ki, Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.
Mənbə: Qafqazinfo