Ç. İyn 25th, 2025

Futbolçular arasında kütləvi koronavirusa yoluxma hadisəsi

Bolqarıstan futbol çempionatının matçı zamanı həkimlərin səhvi ucbatından futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.

Hadisə iyulun 2-də ev sahibi Tsarsko Selo və Çerno More (1: 4) oyununda  baş verib.

Verilən məlumata görə, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o oyuna start heyətdə başlayıb.

Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.

Qeyd edək ki, Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com