Ç. İyn 25th, 2025

Füzuli rayonunda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin və T.Hacıyevin idarə etdikləri, müvafiq olaraq “VAZ-21011” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sərnişini, habelə T.Hacıyev və üç sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Füzuli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə:xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com