Ç. İyn 25th, 2025

Füzuli və Cəbrayılsız 27 il

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür.

1993-cü il avqust ayının 18-də də erməni işğalçıları Cəbrayıl şəhərini mühasirəyə alır.

Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il avqust ayının 23-də Ermənistan tərəfindən işğal olunur.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib.

Döyüş zamanı 180, atəşkəs dövrü isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə “Azərbaycanın Milli Qəhramanı” fəxri adına layiq görülüb – Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları.

1993-cü il avqust ayının 23-də Füzuli rayonu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərb hissəsindən 125 368 hektar ərazi erməni işğalı altındadır.

Qeyd edək ki, rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. İşğaldan azad olunmuş 12 qəsəbədə 51 min məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, 1100-dən çox rayon sakini şəhid olub, 1450 rayon sakini əlil olub və itkin düşüb.

Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilib. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələnib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com