Fələstinli ailəni qətlə yetirmiş İsrailli həbs edildi

2015-ci ildə Yəhudi Ben Uliel İsrailin işğalı altında olan Duma qəsəbəsində yaşayan 18 aylıq körpə də daxil 3 nəfərin ölümünə səbəb olmuşdu.
Fələstinli ailənin evinə gecə yarısı əl qumbarası tullayıb və divarlarına “intiqam” yazaraq evi yandırmışdı. Ailənin digər oğlu Əhməd ağır yaralı halda xilas edildi.
İsrail məhkəməsi Ben Ulieli 3 nəfəri qəsdən öldürməkdən həbs etdi.
18 aylıq Əlinin babası Hüseyn, “Artıq heç bir uşağın nəvəm ilə eyni taleyi paylaşmasını istəmirəm. Bu məhkəmə mənim üçün yox, digərləri üçündür” dedi.