Ca. İyn 26th, 2025

Gənclər koronavirusun gizli daşıyıcılarıdırmı?

Rusiyalı biologiya elmləri doktoru Ança Baranova koronavirusun gizli simptomları barədə danışıb.

“RİA Novosti”yə müsahibə verən alim asimptomatik daşıyıcıların əksəriyyətinin gənclər olduğunu qeyd edib. Onlar, adətən, həkimlərə başqa səbəblərlə müraciət edirlər:

“Məsələn, mədəaltı vəzini müayinə etmək lazım olur və kompüter tomoqrafiyası həmin şəxsin ağciyərində mövcud olan problemi üzə çıxarır.

Ağciyərin ölçüsü stereometriyadan istifadə edilməklə izlənilə bilər. Əgər ölçü azalırsa, bu, koronavirusun əlaməti ola bilər”

Mütəxəssis qeyd edir ki, infeksiyanın başqa bir gizli əlaməti böyrək funksiyasının azalması ola bilər. Bu vəziyyətdə qan testi etməlidir. Bundan başqa doğuşdan sonra hamilə qadınların ciftində koronavirus aşkar edilir. Hamilə qadın koronavirus keçiribsə, onu simptomsuz daşıyıcı adlandıra bilmərik. Belə halda o, simptomları bəlli olan insandır.

Mənbə:Bakupost

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com