Yoluxma daha çox Bakı, Salyan, Yevlax, Füzuli, Samux, Cəlilabad, Ağstafa, Sumqayıtda müşahidə olunur

Azərbaycanın bölgələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Gəncə yoluxma dinamikasına görə yenə öndədir:
“Yoluxma daha çox Bakı, Salyan, Yevlax, Füzuli, Samux, Cəlilabad, Ağstafa, Sumqayıtda müşahidə olunur”.
Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.
©SPUTNIK/AZ