“Gənc Könüllü”lərin iştirakı ilə onlayn tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyindən Mediamax.az -a daxil olan məlumata görə mütəmadi gənclərin maarifləndirilməsi üçün bu tip tədbirlər həyata keçirilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” və “İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda bir neçə təşkilatın iştirakı ilə onlayn görüş keçirildi.
Görüşdə GİKM-in Lənkəran nümayəndəliyinin “Gənc Könüllü”ləri də iştirak etmişdir.