Ç. İyn 25th, 2025

General hərbi çağırışdan danışdı

“Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbiçiləri müxtəlif ixtisaslar üzrə toplanışlara çağırıblar. Burada qeyri-adi heç nə yoxdur. Hazırki çağırışlar səfərbərlik deyil, qismən səfərbərlik toplanışıdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrlərdə təlim, yoxlama və xüsusi toplanışlara çağırılır. Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbçiləri müxtəlif ixtisaslar üzrə toplanışlara çağırıblar. Burada qeyri-adi heç nə yoxdur. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mütəmadi olaraq bu prosesi həyata keçirilər. Mən Müdafiə Nazirliyində İdarə rəisi işləyəndə hər il səfərbərlik toplanışları həyata keçirirdik. Bu, ehtiyatda olan müxtəlif ixtisaslı hərbi qulluqçuların toplanışa çağırılmasıdır. Ordumuzun müharibəni qısa zamanda tam qələbə ilə başa çatdırmağa gücü var” – deyə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com