“General Motors” avtomobilləri Azərbaycanda yığılacaq

Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
B. Aşrafxanov sözlərinə görə, zavodda “General Motors”” şirkəti ilə birlikdə avtomobillərin istehsalı planlaşdırır.
Mənbə: Apa