General vəzifəsindən azad edildi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Bununla bağlı dünən Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(Report Az)