Ç. İyn 25th, 2025

GİKM-in Lənkəran nümayəndəliyi gənclərlə ümumi görüş keçirib


Lənkəran gəncləri 2022-ci il üzrə bu günədək keçirilən və bundan sonrakı fəaliyyətlərlə bağlı ətraflı müzakirə etmək üçün görüşüblər. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov başda olmaqla, əməkdaşları tədbirdə çıxış edərək keçən müddət ərzində görülən işlər və fəaliyyətlər haqqında gəncləri məlumatlandırıblar. Nümayəndəliyin direktoru çıxışı zamanı “davamlılıq”, “uğur qazanmağın sirləri”, “asudə vaxtın düzgün təşkili” və s. kimi mövzulara toxunub. Görüşdə gənclərin təklif və ideyaları dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, əyləncəli və səmərəli vaxt keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda əməkdaşlar gənclərlə birlikdə xatirə şəkli çəkdiriblər.

İnstagram: https://instagram.com/lenkaran.gencleri?igshid=YmMyMTA2M2Y=

Facebook: https://www.facebook.com/lenkaran.gencleri

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com