Ç. İyn 25th, 2025

GİKM-in Lənkəran nümayəndəliyində “Motivasiya nədir?” adlı təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin könüllü və üzvləri üçün keçirilən “Motivasiya nədir?” adlı təlim Lənkəran Heydər Əliyev Mərkəzində baş tutub.

Təlim GİKM-in Cəlilabad nümayəndəliyinin əməkdaşı, “Əsas Həyat Bacarıqları” proqramı üzrə təlimçi, fasilitator Türkan İsazadə tərəfindən keçirilib.

Təlimdə gənclər “Motivasiyanın növləri”, “Maneələrlə qarşılaşdıqda özünü motivasiya etmək”, “Motivasiyanın psixologiyası” mövzuları üzrə biliklər əldə ediblər.

İnteraktiv təlim zamanı gənclərin sualları ətraflı cavablandırılıb və motivasiyanı yüksəltməklə bağlı əyləncəli oyunlar keçirilib.

İnstagram: https://instagram.com/lenkaran.gencleri?igshid=YmMyMTA2M2Y=

Facebook: https://www.facebook.com/lenkaran.gencleri

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com