Ç. İyn 25th, 2025

Gömrükdə qanun pozuntusunun qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Qeyd edək ki, hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan “Scania” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 17400 həb və 20 ədəd 20 milli qramlıq şüşə qabda dərman preparatları, eləcə də 9100 ədəd şam aşkar edilib.

Hal-hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com