Google Play-in yayımladığı zərərli tətbiqlər

Təhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərə tətbiqləri Google Play-dən yükləməyi məsləhət görsələr də çox zaman zərərli tətbiqlərin əksər hissəsi məhz bu platformada aşkar edilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin birinci rübündə zərərli tətbiqlərin sayı 14.500 idisə bu gün üçün Android platformasına zərərli tətbiqlərin sayı 29.000-i keçib. Mütəxəssislər qeyd ediblər ki, Android üçün olan 10 zərərli tətbiqdən 9-u məhz Google Play-də aşkar edilib.
Zərərli tətbiqlərin böyük hissəsi isə əyləncə kateqoriyasına aiddir və onlar xəbər oxumağa, musiqi dinləməyə və oyun oynamağa imkan verirlər. Bu ilin əvvəlinin ən problemli tətbiqi isə Snaptube hesab edilir. Sözügedən tətbiqin yüklənmə sayı 40 milyonu keçib. Bu tətbiq Google Play-dən silinsə də kənar resurslar tərəfindən yayılır.
Mənbə: Technote Az