Ç. İyn 25th, 2025

Goranboyda ağır yol-nəqliyyat hadisəsi

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı.
Goranboyda iri tonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı TIR-ın şininin partlaması nəticəsində iri tonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki “Mercedes” və bir “VAZ 21099” markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə : qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com