Ç. İyn 25th, 2025

Göygöldə qonşu qadınlar arasında bıçaqlanma hadisəsi baş verib

Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından alan kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com