Göygöldə ağır qəza

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Gəncə-Toğana yolunun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə : Apa az