Gözlənilən matç başlayıb

UEFA Çempionlar Liqasının III turunun “Qarabağ” – “Molde” (Norveç) oyunu start götürüb.
Mediamax.az-ın Report-a istinadən verdiyi məlumata görə, Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.