Güclü sel fəlakətlərə səbəb oldu

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Mediamax.az saytının verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb, Giresun-Dərəli-Sivas yolu isə bağlanıb.
Giresun valisi Ənvər Ünlü 6 vətəndaşın itkin düşdüyünü bildirib. Daxili İşlər Naziri Süleyman Soylu təbii fəlakətdən sonra keçirdiyi təcili toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib.
Su altında qalan yaşayış evlərinin sakinləri təxliyyə olunub. Soylunun sözlərinə görə, Dərəli rayonunda suyun səviyyəi 2 metri ötüb.
İtkin düşənlərin axtarışları davam etdirilir.
Mənbə: Qafqazinfo