Ç. İyn 25th, 2025

Gürcüstanda baş verən qəzada ölənlər arasında azərbaycanlılar da var

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

“Mediamax” xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri yeddi yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Mənbə: Oxu az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com