Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
“Mediamax”ın məlumatına görə, hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.
Hərəkətə olan “Chevrolet” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər – rayon sakinləri, 1995-ci il təvəllüdlü Tural Məmmədzadə və 1997-ci il təvəllüdlü Nicat Məmmədli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA