Ç. İyn 25th, 2025

Gəzməyə gələn gənclər cərimələnib

Ağsuda avtobusda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib.

DİN-ə istinadən xəbər verilir ki, Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib. 

Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. 

Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Mənbə: BakuPost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com