Ca. İyn 26th, 2025

Hərbi qulluqçular ehtiyata buraxılıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş matrosların ehtiyata buraxılması mərasimi keçirilib.

Mediamax.az xəbər verir ki, tədbirdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilib.

Mənbə: Müdafiə Nazirliyi

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com