Ç. İyn 25th, 2025

Həftənin qısa icmalı

  • Baş Nazir Əli Əsədovun imzaladığı əmrə əsasən, Anar Məmmədov Aparatın Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri təyin edilib.
  • Emin Əmrullayev Təhsil naziri vəzifəsinə təyin edilib.
  • Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında barələrində həbs qətimkan tədbiri seçilib.
  • İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib. 
  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının İstanbul şəhərinə yeni baş konsul təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
  • Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin Azərbaycanda geniş həcmli hərbi təlimləri 10 avqust tarixində başa çatacaq.
  • Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilib. Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı da Azərbaycana təxliyə edilib.
  • Hüquqşünas Fərhad Mehdiyev ofisində çay fasiləsi zamanı maskasını çıxardığına görə cərimələnib.
  • Mediamax.az-ın informasiya dəstəyi ilə 4 turdan ibarət olan “Gənc Könüllülər” arasında keçirilən intellektual turnir başa çatıb. Nə? Harada? Nə zaman?(NHN) formatlı liqanın sonunda l yer Cəlilabad rayonunu təmsil edən “Desant” komandası, ll yer Lənkəranı təmsil edən “6-in 1” komandası, lll yer isə Saatlını təmsil edən “Araz” komandası olub.
  • Bu həftə də, bəzi rayonlar su problemi ilə qarşı-qarşıya qalıb. Şirvan və  Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olub.
  • Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda BBC-nin qarşısında mitinq keçiriblər. İştirakçılar mitinqdən sonra parlamentə doğru yürüş ediblər.
  • Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib. 
  • 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilməyib, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
  • Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Azad Paşayev koronavirusdan vəfat edib.
  • 29 iyul tarixində Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistana məxsus növbəti PUA məhv edilib.
  • Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Bakı hərbi prokuroru, ədliyyə polkovniki İlyas Rzayev vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasında müvafiq şöbəyə sektor müdiri təyin olunub.
  • 29 iyul tarixində Qəbələ rayonunda səfərdə olan İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.
  • İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  • Parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Dünya

  • Fransa yeni bir addım ataraq testin keçirilməsini pulsuz edəcəyini bildirib.
  • ABŞ-ın Hauston şəhərində yerləşən Çinin konsulluğunu boşaltması tələbindən sonra, Çin Çengdu adlı şəhərindən amerikalı diplomatların konsulluğu tərk etməsini tələb edib. Səbəb kimi casusluq göstərilib.
  • Türkiyənin Mərsin vilayətinin Mut rayonunda avtobusun aşması nəticəsində 5 əsgər şəhid olub.
  • Vyetnamda yayılan yeni aqressiv koronavirusa görə Dananq şəhəri ilə hava rabitəsi dayandırılıb. 28 iyuldan başlayaraq 15 gün ərzində Dananqa təyyarələrin uçuşu ləğv olunub.
  • Ümumi yoluxma sayı 67 min 366 olan Belarusda prezident Aleksandr Lukaşenkonun testinin nəticələri pozitiv çıxıb.
  • İordaniya Ermənistana silah satdığı haqqında xəbərlərə açıqlama verərək, Ermənistana silah satmadığını açıqlayıb.
  • Tramp – “TikToka gəldikdə, ABŞ-da bunu qadağan edəcəyik”,-deyə öz açıqlamasında bildirib.
  • Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub. 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com