Ç. İyn 25th, 2025

Həftə sonu işə gedənlərin nəzərinə

Həftəsonu fasiləsiz istehsal fəaliyyəti ilə məşğul olan və digər xidmətlərə aid bir neçə sahənin məhdud sayda əməkdaşlarının hərəkətinə icazə verilib. Həmin şəxslər də tabe olduğu qurum tərəfindən icaze.gov.az portalında qeydiyyatdan keçirilməlidirlər.

Həmçinin, yalnız bu şəxslərin tabe olduqları qurumların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək. Əgər həftəsonu işləməsinə icazə verilən qurum əməkdaşlarını nəqliyyat vasitəsilə təmin edə bilməzsə, bu zaman Bakı Nəqliyyat Agentliyinə müraciət edə biləcək.

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı dünənki brifinqdə bildirdi ki, fərdi avtomobillərin istifadəsinə icazə verilməyəcək:

“Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinə icazə verilir. Bundan başqa, fəaliyyətinə icazə verilən qurumların xidməti avtomobillərinin istifadəsinə icazə verilir”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev də bildirib ki, portalda icazəsi olan şəxslər bu həftəsonu öz avtomobilini əvvəlki qaydada istifadə edə bilməz:

“Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon sakinlərinə aiddir”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com