Həkim Cavid Paşayev koronavirusdan sağalıb, bu gün evə buraxılacaq

Yaqut Qarayeva bu gün keçirilən brifininq zamanı Cavid Qarayevin koronavirusdan sağaldığını bildirib.
“Hamımızın tanıdığı Cavid Paşayev ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxmuşdu. O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm” – deyə Yaqut Qarayeva bildirib.