Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində son toqquşmalarla bağlı bəyanat yayıb

Mediamax.az-nın APA saytına istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir. Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir: “Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar”. (Apa)