Həmyerlimizdən möhtəşəm addım!

Lerikin Pirasora kəndində anadan olan olan Xalıqov İlham Allahverdi oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat fonduna 200 min manat yardım edib.
Hal-hazırda Rusiyanın Perm şəhərində sahibkarlığla məşğul olan bu həmyerlimiz, ölkə sərhədlərindən kənarda olmasına rəğmən ordumuza olan dəstəyini əsirgəməmişdir.
Ölkəmizdən kənarda həmyerlilərimizin ordumuza göstərdiyi maddi və mənəvi dəstəyə görə bir azərbaycanlı olaraq qürur duyur və belə bir millətin nümayəndəsi olduğumuz üçün fəxr edirik.