Ç. İyn 25th, 2025

Hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub

“Mediamax.az” Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, illik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com