Hamilə qadını boğaraq öldürüb

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hal-hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Mənbə: Apa