Harda toy mərasimlərin keçirilməsinə iyulun 1-dən etibarən icazə verilir?

Türkiyədə yoluxma riskini azaltmaq üçün toyların mümkün olduqca qısa vaxtda və açıq havada keçirilməsi tapşırılıb. Təlimata görə, toy məkanlarının girişlərində və masalarda dezinfeksiyaedici maddələr qoyulacaq, maska taxmaq məcburi olacaq. Nikah salonlarında sosial məsafə qaydalarına uyğun olaraq, masalar arasında məsafə ən az 1,5 metr, stullar arasında 60 santimetr olacaq. Bununla yanaşı qarşılanma və vida əsnasında əllə görüşməyə, kollektiv foto çəkilişlərə də icazə verilməyəcək
Mənbə: Qafqazinfo Az