Ça. İyn 24th, 2025

“Heydər Əliyev və Azərbaycan” mövzusunda gənc rəssamlar arasında sərgi keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin və Lənkəran Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 10 may – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə gənc rəssamların əsərlərindən ibarət “Heydər Əliyev və Azərbaycan” mövzusunda sərgi keçirilib. İştirakçılar və qonaqlar ilk olaraq Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Gənc rəssamların tabloları Lənkəran Heydər Əliyev Mərkəzinin qarşısında, açıq hava şəraitində axşam saatlarına kimi ziyarətçilərə nümayiş olunub və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Sərgidə fərqlənən tabloların müəllifləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Ramella Talıbova (“Bütöv Azərbaycan” əsəri) 1-ci yerə, Nərmin Rəhimova (“Şuşa” və “Suqovuşan” əsərləri) 2-ci yerə, Tələt Rzayev isə (“Mən ona özüm qədər inanıram” əsəri) 3-cü yerə layiq görülüb.Sərginin keçirilməsində məqsəd gənc həvəskar rəssamların istedadını aşkara çıxarmaq və inkişaf etdirmək, onların hər zaman diqqət mərkəzində olduğunu vurğulamaq və ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının, irsinin təbliğini dəstəkləmək olub. 20-ə yaxın rəsm işinin nümayiş etdirildiyi sərginin açılış mərasimində dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com