Ç. İyn 25th, 2025

Hikmət Babaoğlu: ”Biz koronavirusla birgə yaşamağı öyrənməliyik” deyə MM iclasında bildirib

“Karantin rejimlərini müqayisə edənlər yaxşı olar ki, xalqların davranış qaydalarını da müqayisə etsinlər”

“Bu gün iqtisadi fəallığın məhdudlaşdırılmasının əleyhinə olan vətəndaşlar sabah xəstəlik artsa, bu açılışlara gedilməsinə qarşı fikirlər səsləndirəcəklər”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət babaoğlu deyib. H. Babaoğlu bildirib ki, biz koronavirusla birgə yaşamağı öyrənməliyik: “Skandinaviya və Şərqi Avropanın bəzi ölkələrində artıq birgə yaşayış şərtlərinə əməl edilir. Sosial məsafə, maska taxmaq, gigiyena qaydalarına əməl olunur. Biz düşünməliyik ki, buna nə dərəcədə əməl edirik? Yəni karantinlə bağlı tətbiq edilən rejimləri müqayisə edənlər yaxşı olar ki, xalqların davranış qaydalarını da müqayisə etsinlər”. (Apa)

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com