Ç. İyn 25th, 2025

Huawei şirkətinin yeni smartfonları professional kameraları geridə qoyacaq

Huawei şirkətinin istehsal etdiyi smartfonlar son zamanlarda yüksək keyfiyyətli kamera quruluşu ilə fərqlənirlər.

Şirkət yeni smartfonlarında professional kameraların funksiyalarını yerləşdirmək istəyir. Söhbət hərəkətli obyektiv sistemdən gedir.

Şirkətin təqdim etdiyi patentdə smartfonun yalnızca 1 arxa kamerası mövcuddur. Hal-hazırda smartfonlarda 4 kamera obyektivinin olması standart olsa da, şirkət əsasən yüksək keyfiyyətli 1 kamera obyektivinə üstünlük verib.

Kamera hərəkət edərək fokus məsafəsini dəyişəcək və mükəmməl şəkillər almasına şərait yaradacaq.

Lakin şirkət hələki patentini həyata keçirəcəyi ilə bağlı dəqiq məlumat verməyib.

Mənbə: Technote

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com