Ç. İyn 25th, 2025

İcazəsiz hərəkət edən avtomobillər aşkarlandı

“Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir, sabah gün ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

DYP rəsmisi bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: “Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılaraq geri qaytarılıblar”.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com