İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.
Mediamax.az-ın APA-a istinadən verdiyi məlumatına görə, sabiq icra başçısı Elmar Vəliyevin vaxıtnda şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.