Ca. İyn 26th, 2025

“İctimai nəqliyyatda maskalardan istifadə edilməməsi qəbuledilməzdir”

“Bakı şəhərində xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşür”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməməsi, metroda yaşanan arzuolunmaz görüntülər, insanları tibbi maska taxmağa dəvət edən polislərə qarşı qeyri-adekvat hərəkətlərə yol verilməsi qəbuledilməzdir: “Hətta bəzi vətəndaşlar polisə qarşı bu hərəkəti qələbə kimi qiymətləndirirlər. Ancaq bu, virusun qələbəsi kimi qiymətləndirilə bilər. Buna yol verən insanlar cəzalandırılib və cəzalandırılmağa davam ediləcək”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com